30.06.2025, 23:36
AZ EN
12.02.2025, 09:28 204

Nikol yumurta atan olub

XƏBƏRLƏR
  • "Hraparak"ın baş redaktoru Armine Ohanyan bu günkü köşə yazısını da sabiq iş yoldaşı, indi baş nazir olan Nikol Paşinyana həsr edib.

"2009-cu ildə yumurta atırdı" başlıqlı yazısında göstərib ki, Nikol baş nazirlikdən deyil istənilən işdən yapışsa idi xalq üçün də, dövlət üçün də çox faydalı olardı. Onun pafoslu fəlsəfi fikirlərlə bir vaxtlar cəmiyyətdə nüfuz qazandığını xatırladan baş redaktor xüsusi vurğulayıb ki, Nikol  indi hay cəmiyyətinin ideoloji transformasiyaya uğradığını dilə gətirsə də özünün günahkar olduğunu etiraf etmir. Vaxtilə mitinqlərə hökumət tərəfindən olunan müdaxiləyə qarşı kəskin yazılar yazan Nikolun indi bunları "yadından çıxartdığını" deyən Armine 2009-cu ildə Serj Sarkisyana yumurta və pomidorlar atılmasının təşəbbüskarının məhz Nikol Paşinyan olduğunu bildirib.

Diasporları hayların əksəriyyəti daşnak olduğu üçün Nikolun sözlərinə o qədər də əhəmiyyət verilmədiyini də vurğulayan baş redaktorun fikrincə, hazırda da hay iqtidarında "futbol diplomatiyası" hökm sürür.

N.Qaramanlı

Oxşar xəbərlər