09.06.2025, 17:24
AZ EN
25.12.2023, 17:22 340

Müdafiə naziri deputatı saymır

XƏBƏRLƏR

Ermənistan parlamentindəki müxalif "Hayastan" fraksiyasının üzvü Geğam Manukyan yazır ki, müdafiə naziri Suren Papikyana məktub göndərərək Baş nazir Nikol Paşinyanın "orduda 5-ci kalon ifşa olunub" fikrinə aydınlıq gətirilməsini xahiş edib. Amma qanunla nəzərdə tutulmuş 5 gün əvəzinə bir aydan da çox vaxt keçməsinə baxmayaraq o, hələ də cavab almayıb. Bunu parlamentə hörmətsizlik kimi dəyərləndirən deputat 5-ci kalonun başında məhz Suren Papikyanın özünün olduğunu vurğulayıb.

Yerigəlmişkən xatırladaq ki, Geğamın qardaşı separatçı qurumun özünü müdafiə ordusu adlandıran qanunsuz silahlı dəstələrinin rəhbərlərindəndir və hazırda Bakıda istintaq təcridxanasından.

Xəbəri "Hraparak" yayıb.

Nəsib

Oxşar xəbərlər