O belə yazıb: "Münhendə "Qadın siyasi liderlər" təşkilatının sədri və təsisçisi Silvana Kox-Mehrinlə görüşdüm. Bu il ölkəmizdə "Demokratiya, sülh və təhlükəsizliyin təntənəsi işində qadınların rolu" mövzusunda beynəlxalq toplantı keçiriləcəkdir.
Annanın həmin toplantıda özünün də iştirak və çıxış edəcəyini bildirməsi isə xüsusi ilə siyasətlə məşğul olan erməni qadınlar arasında narazılıq yaradıb.
Revanşçı müxalif , "5165 hərakatının" həmsədri Kristin Ohanyan bildirib ki, baş nazirin həyat yoldaşı olması heç də Annanın siyasi lider olması demək deyil.
Ölkədə xeyli qadının siyasi səhnədə olduğunu vurğulayan müxalif nümayəndəsi əlavə edib ki, Anna, həmin toplantıda iştirak edərsə etiraz aksiyası keçirib onu "boykot" edəcəklər. Baş prokurorluğun mətbuat nümayəndəsi isə xəbərdarlıq edib ki, müxalif siyasətçi qadınlar sözügedən məsələyə müdaxilə etmək istəsələr, cəzalandırılacaqlar.
Nəsib