17.12.2024, 22:43
AZ EN
28.10.2024, 11:00 244

Ermənistanı böyük təlatümlər gözləyir

XƏBƏRLƏR
  • Erməni ekstrasens İnara Qriqoryan ölkəsinin gələcəyi ilə bağlı inanılmaz proqnozlarla çıxış edib. O, yaxın bir il ərzində Ermənistanda böyük təlatümlərin yaşanacağını, çox da uzaq olmayan gələcəkdə hakimiyyət dəyişikliyi olacağını, erməni dilində danışa bilməyən şəxsin Baş nazir Nikol Paşinyanı əvəzləyəcəyini iddia edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, İnara Qriqoryann dediyinə görə, Paşinyandan sonra Baş nazir postunu tutacaq şəxs Ermənistanın siyasi dairələrində o qədər də tanınmır.

"Paşinyanın yerinə gələcək şəxs ermənicə bilmir, o, erməni xalqı ilə yalnız rus dilində danışa biləcək,"- deyə İnara Qriqoryan bildirib.

O, əlavə edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi yaxın vaxtlarda gözlənilmir. Amma Paşinyan hakimiyyətdən uzaqlaşdırıldıqdan dərhal sonra Ermənistan Rusiya ilə ittifaq dövlətinin tərkibinə daxil olacaq. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı təhlükə gələn ilin yazında yaranacaq. Bunun ciddi qarşıdurma şəraitində baş verəcəyi, hətta silahlı müharibəyə çevriləcəyi istisna edilmir: "Ermənistanın gələcəyi böyük təhlükə ilə üz-üzə qalacaq, amma bunun mütləq müharibə formasında olması şərt deyil. Bu, ABŞ-dakı seçkilərdən çox asılıdır. Bu seçkilərin nəticələri Ermənistan üçün çox vacibdir, mən bir təhlükə görürəm. Heç bir şey sakit olmayacaq. Mən Ermənistanda dəyişikliklər, mart, aprel, may aylarında təhlükə görürəm. Təhlükə böyükdür, amma demirəm ki, mütləq müharibə olacaq”.

İnara Qriqoryan İranın da Ermənistan üçün böyük təhlükəyə çevriləcəyini deyib. Onun sözlərinə görə, Ermənistan üzərindən ABŞ-Rusiya qarşıdurmasının açıq müstəviyə keçməsi İranın da bu mübarizəyə qoşulmasına gətirib çıxaracaq: "“İranla münaqişə görürəm. İran ciddi müharibəyə girsə, Ermənistan mütləq zərər çəkəcək. Amma Rusiyanın Ermənistana dəstəyi sayəsində Nikol Paşinyan 2025-ci ildə hakimiyyətdən getməyəcək. Növbəti il isə onun yerinə rusca danışan birinin hakimiyyətə gələcəyi gözlənilir".

Erməni ekstrasens Paşinyanın özünün də həyatına təhlükə olduğunu iddia edib: "Mən bunu əvvəllər də söyləmişdim ki, Paşinyanın həyatı təhlükədədir, o təhlükə hələ sovuşmayıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər