Jurnalist Hayk Gevorkyanın "Olduqca çətin dövrdə yaşayırıq. Demək olar ki, hər gün yeni xoşagəlməz hadisə eşidirik" sözlərinə cavab olaraq "mən bu barədə çox düşünürəm. Danışsam, söhbətimizi yalnız səhər bitirə bilərik. Bu gün baş verənlər keçmişdə gördüyümüz işlərin nəticəsidir.
Dünən Hayk Asatryanın 123 illiyinə həsr olunmuş tədbirdə iştirak etdim. Zalda 60-dan çox adam vardı. Onların hamısı bu fikirdədir ki, 30-cu illərdə çox bəlalar çəkdik. Əgər Hayk Asatryanın dediklərinə əməl etmiş olsaydıq,.....tarixən əzabda olmazdıq" -deyən yazıçı ermənilərin bütün problemlərinin keçmişdəki səhvlərindən, konkret desək, milli hay-küyçülük mentalitetlərindən mayalandığını vurğulayaraq əlavə edib ki, "normal cəmiyyətlərdə insanların heç olmasa 10 faizi normal dövlətçilik, siyasi, ictimai və digər müsbət təfəkkürdə və qalan 90 faizə nəzarətçi olub cəmiyyətin, dövlətin inkişafını təmin edir. Amma bizdə nə qədər ki, həmin 10 faiz olmayacaq, biz elə bu durumda qalacağıq".
2021- ci ildəki parlament seçkilərinin də ölkəyə yalnız qarşıdurma gətirdiyini bildirən analitik belə bir maraqlı fakt da açıqlayıb ki, Ermənistanda hakimiyyət dəyişikliyi yalnız hansısa xarici qüvvənin istəyi ilə həyata keçirilir. Jurnalistin qonşu Gürcüstanda demokratik cəmiyyət olduğu, lakin Ermənistanda bunun niyə alınmadığı ilə bağlı sualına isə o, belə cavab verib: "Ona görə ki, xalqlar fərqlidir. Müxtəlif siyasi yanaşma tərzi olan cəmiyyətlərdir. Amma, mənim zənnimcə, demokratik dediyiniz Gürcüstan o qədər də müstəqil deyil".
Ermənistanda 2018-ci ildə inqilabın məhz xarici qüvvələrin sayəsində baş tutduğunu açıqlayan Hayk Pepanyan xüsusi vurğulayıb ki, demokratiyanın özü hansısa dövləti məhv etmək üçün onun altına qoyulmuş bombadır və Ermənistan hazırda bu durumdadır. "Əgər resursları və pulları varsa, keçmiş iqtidarlar da dövlətə kömək etməlidirlər. Yoxsa belə getsə bir qarış da torpaq saxlaya bilməyəcəyik"- deyə o, müsahibəni yekunlaşdırıb.
Nəsib QARAMANLI