28.10.2025, 04:02
AZ EN
10.02.2024, 12:50 364

İrəvanda konserv zavodunda güclü yanğın baş verib

XƏBƏRLƏR
  • İrəvanda konserv zavodunun anbarında güclü yanğın olub. Alov hazırda təxminən 6 min kvadratmetr sahəni əhatə edir.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Konserv zavodunun anbarında 6 min kvadratmetr sahədə yanğın baş verib. Tbilisi şosesində yerləşən anbarın ümumi sahəsi 25 min kvadratmetrdir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir”, - deyə məlumatda bildirilir.

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir. (AZƏRTAC)

Oxşar xəbərlər