Yeni sədrin seçilməsi üçün isə müsabiqə elan edildikdən sonra 10 jurnalist öz namizədliyini irəli sürüb və bu ayın 29-da kimin sədr olacağı açıqlanacaqdır. Namizədlər arasında olan mübarizə isə artıq münaqişəyə keçib. "Hraparak"ın bu günkü yayımında jurnalist Ruzanna Xaçatryanın sözügedən məsələ ilə bağlı məqaləsi paylaşılıb. Qeyd olunub ki, hakimiyyət üzdə demokratik dəyərlərdən danışsa da bütün sahələrdə olduğu kimi ictimai radioya rəhbərlik məsələsində də monopoliyaya keçib və öz namizədini süni yolla sədr edəcəkdir.
Müəllif həyacanla əlavə edib ki, müstəqil müsabiqənin keçirilməsi xüsusilə indiki şəraitdə çox böyük önəm kəsb edir. Saxtakarlığa yol vermək təkcə radionun deyil, həm də dövlətin müstəqilliyinə nöqtə qoya bilər deyə o, sonda vurğulayıb.
Nəsib Qaramanlı