09.06.2025, 05:52
AZ EN
30.03.2023, 12:55 296

Paşinyan yenə böhtan atdı

XƏBƏRLƏR

Ermənistan mətbuatının yaydığı xəbərlərə görə, bu gün Ermənistan hökumətinin növbəti iclası keçirilib. Baş nazir Nikol Paşinyan gündəlikdəki məsələləri açıqladıqdan sonra adəti üzrə Azərbaycanın ünvanına köhnə ittihamlarını təkrarlayıb. O, deyib ki, guya Ermənistan Xankəndiyə silah-sursat göndərmir və Qarabağda hay hərbçilər yoxdur. O, Laçın yolu ilə bağlı yalanlarına yeni çalarlar əlavə edib və bildirib ki, Azərbaycan müharibə etmək üçün müxtəlif üsullardan istifadə edir.

Hər bir fikri, demək olar ki, yalanla dolu olan hay baş nazirin özünü sülhpərvər kimi təqdim etmək cəhdləri isə öz fikirləri ilə təkzib olunur.

Nəsib

Oxşar xəbərlər