22.11.2024, 09:06
AZ EN
30.03.2023, 15:53 191

Nikolun partiyası qəzeti məhkəməyə verib

XƏBƏRLƏR

"Lurer.com" və digər media qurumları martın 30-da xəbər yayıblar ki, baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası "168.am" redaksiyasına qarşı iki məhkəmə iddiası qaldırıb. Bunu söz azadlığının pozulması kimi qiymətləndirən hay mətbuatı sözügedən məsələ ilə bağlı qəzetin eksperti Aramazd Kiviryana müraciət edib. Ekspert bildirib ki, deyilənlər doğrudur. VM bizə qarşı 2 maddə ilə iddia qaldırıb, amma məhkəmə hələ müvafiq bildiriş sənədi göndərməyib ki, iddialarla bağlı sözümüzü deyək.

Sonra xatırladılır ki, hayların indiki baş naziri Nikol Paşinyan vaxtilə qəzetdə dərc olunmuş yazılarına görə 8 il həbs cəzasına məhkum edilib və 3 ildən sonra əfv sərəncamı ilə azadlığa buraxılmışdır. Ona görə də ekspert əminliklə bildirib ki, baş nazirin göstərişi olmadan qəzetə qarşı iddia qaldırılmazdı.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR