Nazirlik təklif edib ki, həmin tədbirlər üçün valideynlərdən rəsmi qaydada pul toplanılsın, ödənişli münsiflər heyəti yaradılsın, şagirdlər və məzunlar arasında müxtəlif mövzularda yarış keçirilsin, qaliblər isə valideynlər tərəfindən toplanmış pulla mükafatlandırılsın. Əlavə edilib ki, əgər bu üsuldan istifadə edilərsə, şagirdlər arasında həm təhsilə, həm də yarışlara maraq artar. İrəvan bələdiyyəsinin bu təkliflə bağlı rəsmi cavabı olmasa da agentliyin araşdırmasına görə, bu fikir bir çox valideynlər, xüsusilə uşaqları yaxşı oxumayan valideynlər tərəfindən narazılıqla qarşılanıb və onlar bu təklifi "məzun və son zəng şousu" adlandırıblar.
Nəsib