Ermənistan KİV xəbər verir ki, bunu ölkə prezidenti Vaaqn Xaçaturyan Litva-Ermənistan parlament dostluq qrupunun rəhbəri Raymundas Lopata ilə görüşündə deyib.
V.Xaçaturyan qeyd edib ki, Ermənistan Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə olunmasında maraqlıdır.
Görüş zamanı Ermənistan-Litva əməkdaşlığının gündəliyindəki məsələlər də müzakirə olunub. (Report)