20.09.2024, 09:53
AZ EN
17.08.2023, 11:17 295

Kilsəni ordudan ayırmaq istəyirlər

XƏBƏRLƏR
  • "Hraparak" yazır ki, müdafiə nazirliyinin mənəvi dəyərlər ofisi mövcuddur və bu demokratik prinsiplərə uyğun olmayan gerçəklik olmaqla dinin dövlətin tabeliyində olmasını təsdiqləyir. Bu prinsiplərə etiraz edən bir qrup din xadimi müdafiə naziri Suren Papikyana və Avropa İttifaqının Ermənistandakı səfirinə məktub ünvanlayaraq sözügedən qurumun nazirliyin tabeliyindən çıxarılmasının vacibliyini bildiriblər.

Qeyd olunub ki, ordudakı din nümayəndələri də hərbçilərlə birlikdə təlim keçir, mövqelərdə keşik çəkir, bir sözlə sırf hərbçi həyatı yaşayırlar. Bəzən isə komandirlərin kobud rəftarına məruz qalırlar. Məqalənin müəllifi Koryun Simonyan onu da bildirib ki, din xadimlərinin bu müraciəti həm onların çətinliklərə dözə bilməməsindən, həm də düşmən gülləsinə tuş gələcəkləri ehtimalından əmələ gəlib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR