"Hraparak"ın bu günkü paylaşımları sırasında diqqət çəkən yazılardan biri də politoloq Armen Bağdasaryanla müsahibədir. Qeyd olunur ki, Nikol həm parlamentin, həm də hökumətin iclasında KTMT-nın deyil, Avropa İttifaqının müşahidəçilərini ölkəyə dəvət etməsinin səbəbini izah edərkən deyib ki, guya Azərbaycan RF və Ermənistanın birləşərək ona hücum edəcəyini daim vurğulayır. Ona görə də o, KTMT-nı dəvət etmir ki, Azərbaycan narahatlıq içində yeni bəyanatlar verməsin. Bu gülməli izahla bağlı "Yalnız özünə güvənməyən dövlət öz ərazisinə müşahidəçi dəvət edir. Mən heç vaxt eşitməmişəm ki, Azərbaycan rəsmən bəyanat yayaraq Hayastan və Rusiyanın birləşərək ona hücum edəcəyini desin.
Nikolun belə deməsi başadüşülən deyil... Rusiyada buna ciddi narazılıq ifadə olunub... Paşinyan xarici siyasətin incəliklərini bilmir. Bəlkə o, hamı ilə münasibətləri korlamaq istəyir ki, Qərb Hayastana daxil olsun" deyən politoloq A.Bağdasaryan sonda əlavə edib ki, "Qərb konkret maraqları olmadığı yerə girmir. Bu Qərbin Ermənistanda istiqaməti dəyişdirməsinə hesablanmış addımdır"
Nəsib