19.10.2024, 20:47
AZ EN
09.02.2024, 10:53 313

Basarkeçər getdikcə boşalır

XƏBƏRLƏR
  • Göyçənin Basarkeçər rayonunda və şəhərin özündə əhali təşviş içindədir.

"Hraparak"ın müxbiri Lia Sarqsyan bu gün yayımlanmış "Vardenislilər ciddi təşviş içindədirlər" başlıqlı məqaləsində belə qənaətə gəlib. Onun yazdığına görə, Kəlbəcər işğaldan azad edildikdən sonra Basarkeçərdə yaşayanlar daim problemlərlə üzləşirlər. Buraya Qarabağdan köçürülən və azərbaycanlıların qovulduqları evlərdə məskunlaşdırılan ermənilər də artıq nə edəcəklərini bilmirlər. Deyirlər ki,hakimiyyət onları burada hədəf olmağa göndərib. Karen adlı erməni isə bildirib ki, artıq şəhərdəki bank da işləmir. Xəstəxananın və ruhi dispanserin də qonşu şəhərə köçürülməsi barədə söz-söhbətlər gəzməkdədir. Şəhərin meri isə hələ də təşviş içində olduqlarını və yaxın gələcəkdə nə baş verəcəyini bilmədiyini açıqlayıb. O, daha sonra əlavə edib ki, deyəsən, hakimiyyət bu yerləri də təhvil vermək istəyir.

O, Meğridə də əhalinin təşviş içində yaşadığını vurğulayıb, Avropanın  və hökumətin isə tədbir görmədiyini xatırladıb.

Qeyd edək ki, Basarkeçər Göyçənin Gədəbəy və Kəlbəcərlə sərhəd bölgəsidir və 19-cu əsrin 40-cı illərindəki burada bir nəfər də olsun erməni yaşamayıb. Azərbaycan Cümhuriyyəti devrildikdən sonra isə qonşu Qaraqoyunlu ilə birlikdə Ermənistan SSR-ə bağışlanıb.

N.Qaramanlı

Oxşar xəbərlər