21.11.2024, 17:52
AZ EN
08.02.2023, 16:29 372

Erməni deputat Türkiyə ilə əlaqələrin inkişafına önəm verir

XƏBƏRLƏR

Fevralın 8-də parlamentin açıq iclasında xarici əlaqələr üzrə komissiya sədri Ağacanyanın istefası qəbul edilib və həmin yerə iqtidarın "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Naribekyanın namizədliyi irəli sürülüb. Bununla əlaqədar müzakirə zamanı "Hayastan" fraksiyasının üzvü, qatı antitürk və radikal müxalifətçi Geğam Manukyan hakimiyyətin Türkiyə ilə bağlı mövqeyini kəskin tənqid edib, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərə Ermənistan xilasedicilər dəstəsinin göndərilməsini düzgün addım hesab etmədiyini bildirib. Sonra isə sədrliyə namizədə seçiləcəyi təqdirdə Türkiyə ilə münasibətləri necə quracağı barədə sual verib. İqtidar deputatı hər bir ölkə, o cümlədən Türkiyə ilə normal münasibətlərin zəruriliyini vurğulayaraq əlavə edib ki, şəxsən özü münasibətləri ilkin şərtlər olmadan qurmağın tərəfdarıdır və bu prinsipin deputatı olduğu ölkənin də maraqları baxımından düzgün mövqedir. Geğam Manukyan bu cavabla razılaşmadığını pafoslu sözlərlə ifadə edib və öz erməni xisləti ilə deyib ki, türklərə kömək üçün xilasedicilər göndərdiniz, bu humanist addım kimi qiymətləndirilir, amma mən o xilasedicilər sırasında olsam, türkü xilas etmərəm, başqa cür hərəkət edərəm. Onun bu sözü əks tərəfin narazılığına səbəb olub və xatırladılıb ki, təbii fəlakət Ermənistanda da olmuşdu və Azərbaycan o zaman xilasedicilər göndərmişdi.

Xatırladaq ki, 1988-ci il dekabrın 5-də Ermənistanda güclü zəlzələ baş vermişdir və köməyə gedən Azərbaycan xilasedicilərin olduğu təyyarə vurulmuş, yalnız bir nəfərdən başqa bütün xilasedicilər isə həlak olmuşdu. O vaxt həmin olayı hava dumanlı olduğuna görə guya təyyarənin dağa dəyməsi kimi yozmuşdular.

Tanrı Türkü qorusun!

N.Qaramanlı

Oxşar xəbərlər