22.11.2024, 17:48
AZ EN
20.09.2023, 13:47 251

Ermənilər Peskovdan inciyib

XƏBƏRLƏR

"Hraparak" yazır ki, RF prezidentinin sözçüsü Dmitri Peskov Qarabağdakı olayla bağlı şərh verərkən Azərbaycanın öz suveren ərazisində əməliyyat apardığını və bu məsələdə haqlı olduğunu bildirib. Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Rusiya Federasiyasını Qarabağdakı separatçı haylara dəstək verməməkdə günahlandırmağı ilə razılaşmayan D.Peskov jurnalistlərə açıqlama verərək vurğulayıb ki, biz ünvanımıza yönələn iradları xüsusilə Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığı indiki durumda qəbul etmirik. Ermənistanın da rəsmi etirafına görə Qarabağ de-yure Azərbaycanın ərazisidir. Azərbaycan isə Ermənistanda deyil, öz ərazisində əməliyyat aparır. Ona görə də bizə yönəlik iradlar əsassızdır.

Peskovun bu ədalətli şərhi erməniləri qıcıqlandırıb və onlar yenə də müxtəlif əsassız ittihamlar irəli sürməyə başlayıblar.

N.Qaramanlı

Oxşar xəbərlər