14.03.2025, 09:36
AZ EN
13.03.2025, 10:28 184

Ermənistan konstitusiya dəyişikliyinə hazırlaşır

XƏBƏRLƏR
  • “Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib. O, qeyd edib ki, yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib: "Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”.

“İndi bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, konstitusiyanın yeni mətnini hazırlamaqdır. Hazırda bu istiqamətdə işlər aparılır. Biz əlimizdən gələni etməliyik ki, yeni seçkilərə qədər konstitusiya layihəsinin mətni hazır olsun. Üzərimizə götürdüyümüz bu çətin və məsuliyyətli öhdəlik 2026-cı il seçkilərinə qədər konstitusiyanın yeni mətninin hazır olmasına yönəlib. Bundan sonra təbii ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək”, - deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Buna görə də rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlərdən biri İrəvanın öz konstitusiyasına dəyişiklik etməklə ərazi iddialarına dair müddəanın çıxarılmasıdır. Rəsmi Bakı dəfələrlə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulasa da, indiyədək bu istiqamətdə real addımlar atılmayıb. Bu isə tərəflər arasında sülh danışıqlarının yubanmasına səbəb olur.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR