07.07.2025, 03:00
AZ EN
28.01.2025, 09:24 322

Keşiş əsgərləri müharibəyə çağırıb

XƏBƏRLƏR
  • "Hraparak"ın məlumatına görə, yanvarın 28-ni silahlı qüvvələri günü kimi qeyd edən haylar "Yerablur" əsgər məzarlığına baş çəkərkən də revanşçı ifadələrdən istifadəni ənənə halına salıblar.

Dünən də belə olub. Sözügedən yerdə dünən yüksək vəzifəli hərbçilər və dindarlar da iştirak və çıxış ediblər. Baş qərargah rəisi Edvard Asryan öz çıxışında mövcud olmayan erməni "rəşadətindən" danışmaqla diqqət cəlb etməyə çalışıb. Katalikosun birinci müavini olan keşiş isə adəti üzrə uydurmalara geniş yer verib və sətiraltı ifadələrlə əsgərləri müharibəyə səsləyib. Görünür, "Yerablurun" bundan sonra daha çox hay əsgəri qəbul etməsi onun ürəyincədir.

Nəsib

Oxşar xəbərlər