21.11.2024, 18:19
AZ EN
03.02.2023, 16:53 225

Erməni deputatlar yenə tutaşdılar

XƏBƏRLƏR

Bu gün Ermənistan parlamentində "Hayastan" və "Badiv unem" müxalif fraksiyalarının çoxdan təklif etdiyi Laçın dəhlizi məsələsi ilə müzakirə baş tutub. Amma iqtidar deputatlarının əksəriyyəti, həmçinin parlamentin sədri və müavinləri iclasa qatılmadığına görə müvəqqəti sədarət seçilib. İclasa sədrlik isə Xocalı qatili Seyran Ohanyana tapşırılıb. Müxalif deputatlar yenə də Paşinyanın və komandasının ünvanına tənqidlər söyləyərək Qarabağdakı hayları dəstəkləmədiklərinə görə istefa tələbini yenidən gündəmə gətiriblər. Bu isə qalmaqala səbəb olub. Çıxışına yenicə başlayan iqtidarçı deputat Arsenyan isə müxalifəti psevdovətənpərvər, hay-küyçü, talançı adlandıraraq dünyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını yenidən xatırladıb. Bu fikrinə görə yerdən onunla bağlı replika atılıb. O isə "ara, siz kimsiniz? Xalqın mandatını biz almışıq, Paşinyan alıb, siz isə boşboğaz ünsürlərsiniz" deyə indiki reallıqla barışılmadığı, Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoyulmayacağı təqdirdə hayların daha böhranlı həyata keçəcəklərini, hətta dövlətçiliklərinin təhlükə altında qalacağını vurğulayıb. Gərgin mübahisələr zamanı bir birlərinin, necə deyərlər, ətini yeyən hayların separatçılığa dəstək "sənədi" qəbul etmələri isə elə öz parlamentlərinin də qaydaları ilə heç bir rəsmi və hüquqi əhəmiyyət kəsb etmir.

Yeri gəlmişkən xatırladaq ki, bu barədə vitse-spiker Ruben Rubinyan öz FB hesabında geniş yazı paylaşıb.

N.Qaramanlı

Oxşar xəbərlər