22.11.2024, 07:40
AZ EN
20.12.2023, 15:48 287

Paşinyan müxalifəti siyasi savadsız adlandırıb

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə verdiyi müsahibədə deyib ki, əgər 1990-91-ci illərdə müstəqillik ideyasını irəli sürənlərin o vaxtkı sözləri ilə indikiləri müqayisə etsək, onda tam başqa mənzərə alınar. Onların demələrindən belə çıxır ki, dövlətçiliyimiz məhz Dağlıq Qarabağ məsələsini həll etmək üçündür. Bu tam yanlış yanaşmadır. Ermınistan dövləti bunun üçün yaradılmayıb ki!

O daha sonra 2020-ci ildəki müharibədən danışıb və vurğulayıb ki, bu ilin sentyabrındakı olaylara da obyektiv qərar verməyən müxalifətin siyasi savadsızlığı o qədər aşağı düşüb ki, ölkənin gələcəyini düşünməkdən çox uzaqdırlar. Onlar deyirlər ki, hakimiyyətdə olsalar hər şey geriyə qaytarılacaq. Halbuki, Ermənistanın müstəqilliyi də DQ məsələsi kimi həll oluna bilər. Onlar istəyirlər saxta iqtidar olsun və hər yerdə deyilsin ki, müstəqil Ermənistanın mövcudluğu mənasızdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR