"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. Yerli mətbuatın yazdığına görə, Simonyan daha çox ölkə ictimaiyyətinə ünvanladığı bu mesajı ilə demək istəyir ki, əgər qarşıdan gələn seçkilərdə sülhün bərqərar olması üçün çalışan hazırkı Baş nazir Nikol Paşinyanın partiyasını deyil, müxalif qüvvələri dəstəkləsələr həm də müharibəyə səsi vermiş olacaqlar.
"Simonyan bu açıqlaması ilə həm də müxalifətə və onları dəstəkləyən üçün qüvvələrə xəbərdarlıq edir ki, indfiki həssas dönəmdə siyasi qüvvələr arasında balansın pozulması ölkədə sabitliyin və sülhün qorunmasına başlıca əngəl ola bilər. Ona görə də Ermənistanla əməkdaşlıq edən xarici güc mərkəzləri, o cümlədən hakimiyyətin dəyişməsinə çalışan Rusiya postseçki dövrünün reallıqlarını nəzərdən qaçırmamalıdır", - deyə erməni mətbuatı yazır.
Seçkidən sonra hətta hakim partiyanın qalib gələcəyi təqdirmə parlament sədrliyinə namizəd olmayacağını deyən Simonyan Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması, həmçinin Türkiyə ilə münasibətlərin normallaşması üçün əlindən gələcəyini əsirgəməyəcəyini də vurğulayıb: "Dərindən anlayıram ki, Ermənistan cəmiyyəti xalq olaraq seçim qarşısındadır, biz hansı yolla gedəcəyimizi indidən müəyyən etməliyik - müharibə, yoxsa sülh? Bir daha deyirəm, Azərbaycanla birgə sülh siyasətini çox müsbət qiymətləndirirəm, erməni xalqı bu tarixi fürsəti əldən verməməli, sülhə, inkişafa və tərəqqiyə səs verməlidir. Əgər sülh siyasəti davam edərsə, ölkələr üçün problem olmayacaq”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Elxan SALAHOV