O, qeyd edir ki, iyunun 15-də "Vətəndaş müqaviləsi" partiyasının fəalları ilə görüşdə baş nazir Nikol Paşinyan Azərbaycanın tələbləri ilə bağlı geniş məlumat verib və bu partiya yoldaşları tərəfindən anlaşıqlı qarşılanıb. Sözügedən məsələ ilə bağlı, hərbi cinayətkar, sabiq müdafiə naziri, parlamentdəki müxalif "Hayastan" blokunun rəhbəri Seyran Ohanyanla söhbət edən jurnalist əlavə edib ki, o, tam əks mövqedədir. S. Ohanyan döyüşlərdəki "qəhrəmanlığını" xatırladaraq 44 günlük müharibədəki məğlubiyyətin yeganə günahkarının N.Paşinyan və onun komandasının olduğunu bildirib. Lovğalıqla əlavə edib ki, əgər həmin müharibədə özü nazir olsa idi, guya qalib gələrdilər. Xasiyyətindəki iyrəncliyi siyasətə də daxil edən bu qatil israrla deyib ki, Azərbaycanla aparılan danışıqlar tam dayandırılmalı və bütün imkanlar ordunun yenidən qurulmasına, yeni silahlar alınmasına yönəldilməlidir. Qazaxın kəndlərinin qaytarılmasını da cinayətkar mövqeyindən "şərh edən" S.Ohanyan sonda yeni müharibənin nə vaxt olacağı barədə lovğalıqla "anons" verib.
Görünür, başı qaşınır.
N.Qaramanlı