20.09.2024, 13:19
AZ EN
09.09.2024, 14:48 222

Adı qartal, özü qarğa

XƏBƏRLƏR
  • Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, bu gün parlament öz işinə başlayar-başlamazdan mübahisə yaranıb.

Parlamentin "Hayastan" fraksiyasının Arcvik (qartalcıq- N.Q) adlı üzvü təşəbbüs qaldırıb ki, "Ermənistan - "arsax" parlamentlərarası komissiyası" yaradılsın. Sağlam məntiqdən uzaq olan bu "təşəbbüs" spiker Alen Simonyanın qəti etirazına səbəb olub. O, deyib ki, "arsax" özünü çoxdan buraxıb və belə bir ifadə hüquqi məna kəsb etmir.

"Mən heç bir hüquqi statusu olmayan hansısa adamı dəvət edib nəsə müzakirə edə bilmərəm. Çünki o rəsmi, hüquqi-siyasi adam deyil"- deyə Alen Simonyan Arcviq Minasyanı bir daha belə söz danışmamağa dəvət edib.

Hakim partiyanın digər üzvləri də spikerin sözlərini dəstəkləyiblər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR