Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moqtadai IRNA agentliyinə müsahibəsində bildirib.
"Sabah Məclis İran İslam Respublikası ilə ABŞ arasında danışıqların gedişatını qapalı iclasda nəzərdən keçirəcək. İranın xarici işlər naziri Abbas Əraqçinin iclasda iştirak edəcəyi ehtimal olunur", - o qeyd edib. (Report)