"Axar.az" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, “Azadlıq” partiyasının lideri Qrant Baqratyan deyib.
O, bildirib: "Əgər indi Ermənistan əraziləri təslim edilmirsə, deməli, daha pis bir şey baş verir - azərbaycanlıların Ermənistanda məskunlaşdırılması”, - deyə o bildirib.
Baqratya sözlərinə görə, danışıqlarda yolların açılması, məcburi köçkünlərin geri qaytarılması məsələlərində Azərbaycanın xeyrinə xüsusi vurğu edilir:
“Artıq Qarabağ məsələsi yoxdur. Məsələ Zəngəzurla Ermənistandır. Qərb və Moskva razılaşırlar ki, burada bir güzəşt edən tərəf var və bu tərəfin güzəştləri sayəsində razılaşma mümkündür:
"Azərbaycan müharibəyə Qarabağ uğrunda başladı. Amma Zəngəzuru alaraq sülh müqaviləsiylə bitirir. Çünki Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan kimsə nə Qafana, nə də Gorusa gedəcək”.
Baqratyan daha sonra bildirib ki, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan Laçın dəhlizini bağlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ