20.12.2024, 23:31
AZ EN
14.06.2023, 11:46 337

İqtidarçı deputatlar müxalifəti dəstəklədi

XƏBƏRLƏR

Ermənistan parlamenti öz işini bu gün də davam edir. "Hraparak" xəbər verir ki, bu günkü iclas Ermənistan parlamentinin tarixinə müxalifətin təşəbbüsünün İqtidar deputatlarının tərəfindən tam dəstək verilməsi ilə yazıldı. Belə ki, müxalif "Hayastan" fraksiyasının üzvü Lilit Qalstyanın erməni tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı qanunda dəyişiklik edilməsi barədə təqdim etdiyi layihə hakim "Vətəndaş müqaviləsi" fraksiyasının bütün üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Beləliklə, tarixi və mədəni abidələrə dair qanunu pozanlar əməkhaqqının 50-80 faizi qədər yox, 100-150 faizi çərçivəsində cərimə olunacaqlar.

Nəsib

Oxşar xəbərlər