20.09.2024, 13:55
AZ EN
16.05.2023, 14:23 242

Rusiyadan Ermənistana silah-sursat niyə gəlmir?

XƏBƏRLƏR

"Hraparak"da bu başlıq altında yayılmış xəbərdə deyilir ki, bu günlərdə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan sifariş üçün lazımi vəsait köçürülsə də hələ də Rusiyadan Ermənistana silah-sursatın gəlib çıxmamasını açıqlayıb. Bir az öncə jurnalistlər Ermənistan parlamentində xarici işlər nazirliyinin əməkdaşının sözügedən vəziyyətə münasibət bildirməsini xahiş ediblər. Nazirliyin rəsmisi bildirib ki, düzdür, vəsait köçürülüb, amma silah-sursat hələ də gəlməyib. Bununla bağlı danışıqlar prosesi davam edir.

Jurnalistin, "ola bilərmi  Rusiyanın özü silah sarıdan korluq çəkir, ona görə də öhdəliyini yerinə yetirmir?",- deyə sual verməsi isə nazirliyinin əməkdaşı Mnaçakan Safaryanı lap çaşdırıb və o belə cavab verib: "Deyə bilmərəm".

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR