20.10.2024, 03:37
AZ EN
16.11.2023, 21:15 331

Ermənistanın sülh manipulyasiyası: Paşinyanın yalanlarının pərdəarxası

XƏBƏRLƏR
  • Ermənistan baş naziri Nikol Paşinyan son dörvlərdə sülh barəsində bəyanatlar versə də, realda heç bir addım atmır. 2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistana sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə təqdim etsə də, hələ də Ermənistan tərəfindən bir cavab yoxdur. Bu bir daha onu göstərir ki, Ermənistan sülhün tərəfdarı deyil, Paşinyanın sülh barəsində açıqlamaları isə manipulyasiya xarakteri daşıyır.

Məsələ barəsində açıqlama verən siyasi şərhçi Elşad Həsənov deyib ki, Ermənistan hər yerdə sülhə hazır olduqlarını, sülh müqaviləsinin tezliklə bağlanacağını bildirir.

“Hətta bu haqda Nikol Paşinyan Avropa Şurasında çıxışında dedi. Amma reallığa gələndə hər şeyin əksini görürük və aydın olur ki, Ermənistan sülh prosesinin ləngiməsini istəyir. Ermənilər həmişə manipulyasiya edirlər, həmişə özlərini yazıq millət kimi göstərirlər”, - deyə o, əlavə edib. (Trend)

Oxşar xəbərlər