06.09.2025, 02:05
AZ EN
05.09.2025, 14:39 113

Ermənistan MN: Hərbi büdcəmiz heç vaxt Azərbaycanın hərbi büdcəsinin səviyyəsinə çatmayacaq

XƏBƏRLƏR
  • Ermənistanda müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq.

Bunu ölkənin müdafiə nazirinin müavini Qraçya Sarqsyan bildirib.

O, həmçinin qeyd edib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan məbləğin azaldılıb-azaldılmayacağı hələ məlum deyil.

"Əmin edirəm ki, Müdafiə Nazirliyi 2026-cı ildə də 2024 və 2025-ci illərdəki eyni məntiqlə işləyəcək", - nazir müavini əlavə edib.

Qeyd edək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1,7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir. (Report)

Oxşar xəbərlər