19.10.2024, 20:29
AZ EN
23.08.2024, 11:53 292

Dərsliklərin siyasiləşdirilməsi davam edir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Sona Adamyan erməni məktəblərində tədris olunan fənlərin elmi əsaslarla deyil məhz hakimiyyətin istəyinə uyğun hazırlanmasından bəhs edən"Siyasi sifariş, yoxsa siyasiləşmiş dərsliklər" başlıqlı məqaləsində təkcə humanitar fənlərin deyil, fizika, həndəsə, Cəbrayıl dərsliklərin də yenidən hazırlanmasından və bununla bağlı qalmaqalın getdikcə dərinləşməsindən yazıb.

O, qeyd edib ki, dərsliklər hazırlanması üçün müsabiqəyə artıq yekun vurulub. Bəzi dərsliklərdə dəyişiklik və əlavələr edilməsi üçün mütəxəssislərə göstəriş verilsə də bununla razılaşmayan müəlliflərin şikayətlərinə isə baxılmır. Əsas mübahisə isə tarix dərslikləri ilə bağlıdır. 7-ci sinif üçün hazırlanmış "erməni tarixi" dərsliyinin "Ermənistanın tarixi" adlandırılmasına narazı olanlar bu prosesin 8-10- cu siniflər üçün də nəzərdə tutulduğunu bildirərək vurğulayıblar ki, dərsliklər təhsilin inkişafına deyil, hakimiyyətin siyasətinə xidmət edir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər