Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla mümkün sülh sazişinə dair altıncı təkliflər paketinin göndərilməsinə münasibət bildirib.
XİN-dən bildirilib ki, rəsmi İrəvan, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın mövcudluğuna inanır.
“İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər”, - deyə Nazirlik bildirib.
Bundan başqa, Ermənistan XİN-dən bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sərhəddə görüş keçirmək barədə 21 noyabr tarixli təklifinə cavab olaraq, iki ölkənin dövlət sərhədində delimitasiya komissiyalarının iclasını keçirməyə dəvət edib. (APA)