15.09.2025, 16:40
AZ EN
04.09.2025, 11:34 224

Ermənistanın ABŞ-dəki yeni səfirinin qardaşı saxlanıldı

XƏBƏRLƏR
  • Ermənistanın ABŞ-də hazırkı səfiri Narek Mkrtçyanın qardaşı Mkrtç Mkrtçyan narkotik saxlamaqda şübhəli bilinərək Parakarda saxlanılıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Polis Mkrtçyanla dostunun içində olduğu avtomobili saxlayıb. Dostu polisi görən kimi dərhal qaçıb, Mkrtçın çantasında isə narkotik və silah aşkarlanıb.

Məsələ ilə bağlı hələlik rəsmi qurumlardan şərh gəlməyib.

Qeyd edək ki, bir müddət əvvəl Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Makuntsun yerinə isə Narek Mkrtçyan Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib. Narek Mkrtçyan daha əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.

Günel QULİYEVA

Oxşar xəbərlər