Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli telekanala deyib.
"Ermənistan bununla bağlı hər hansı rəsmi tədbir görməyib. Biz həmkarlarımızla təmasa keçməyi və bu bəyanatların mənasını aydınlaşdırmağı nəzərdə tuturuq", - o deyib.
Peskovun sözlərinə görə, belə olduqda təfərrüatı anlamaq çox vacibdir.
"Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər", - deyə Peskov əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. (Trend)