Onların Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan olduqları açıqlanıb.
Həmin şəxslər Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda təqsirləndirilir.
Xatırladaq ki, B. Qalstanyanın barəsində iyunun 26-da həbs-qətimkan tədbiri seçilib.
O, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət çevrilişinə cəhddə günahlandırılır. (APA)