Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə deyib.
"Biz Ermənistandakı hadisələri izləyirik. Ümid edirik ki, vəziyyət lazımi hüquqi prosedur çərçivəsində həll olunacaq", - o, müvafiq suala cavab olaraq bildirib.
Xatırladaq ki, iyunun 27-də arxiyepiskop Mikael Acapaxyan həbs olunub. Onun barəsində 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Keşiş 2024-cü ilin aprelində ona qarşı irəli sürülmüş maddələrlə ittiham olunur.
Bildirilib ki, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısına qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. O, “KİV vasitəsilə hakimiyyətin zorakı yolla ələ keçirilməsinə” və “konstitusiya quruluşunun devrilməsinə” çağırışda şübhəli bilinərək saxlanılıb. (Report)