02.08.2025, 15:56
AZ EN
17.03.2025, 16:55 167

Hay spiker reallığı qəbul etməkdədir

XƏBƏRLƏR
  • Hay parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib ki, əgər sülh müqaviləsinin bağlanması üçün Bakıda məhkəməsi gedən hayların buraxılmasını şərt kimi irəli sürmək, bu münasibətlərin soyumasına, nəhayət, müqavilənin imzalanmamasına gətirib çıxarar.

O, əlavə edib ki, müqavilə imzalandıqdan sonra bu işlə diplomatik missiya məşğul olacaq. Xatırladıb ki, 44 günlük müharibədə əsir düşmüş 150 hay əsir də məhz diplomatik kanallar vasitəsilə azad olunaraq gətiriliblər. Spiker daha sonra bildirib ki, hazırda Bakıda həbsdə olan 23 hayın 12 nəfəri məhz 2023-cü ildəki bir günlük əməliyyat nəticəsində həbs edilərək Bakıya aparılıb. O, sonda vurğulayıb ki, reallığı qəbul etmək lazımdır. Ultimatumla danışmaq qarşı tərəfi daha da sərt mövqe sərgiləməyə vadar etmək deməkdir.

Görünür, hay spiker, nəhayət, reallığı dərk etməyə başlayıb. Amma digər haylar yenə də revanşçı mövqedə qalaraq Hayastanın başına növbəti "dəmir yumruq" endirilməsini istəyirlər.

Nəsib

Oxşar xəbərlər