Görüş İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.
Məlumata görə, görüşdə "Enterprise Armenia"nın baş direktoru Qoar Abacyan iştirak edib.
Tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın ardıcıl inkişafına yönəlmiş cari və yeni təşəbbüsləri müzakirə ediblər. Tərəflər həmçinin kritik vacib mineralların və nadir torpaq elementlərinin tədarük zəncirlərini, eləcə də infrastrukturun inkişafı məsələlərini müzakirə ediblər.
İki ölkənin nümayəndələri yüksək texnologiyalar sahəsinə investisiyaların cəlb edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə fəal işi davam etdirməyə hazır olduqlarını bildiriblər. (Report)