Bu barədə erməni KİV-ləri məlumat yayıb.
"Ermənistanın xarici siyasət idarəsi diplomatik kanallar vasitəsilə Bakıya bildirib ki, Ermənistan sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir. İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - XİN məlumat yayıb. (Report)