- "Hraparak"ın müxbiri Lia Sarkisyan İrəvandakı Respublikası meydanında Cənubi azərbaycanlılar tərəfindən oxunan "Qarabağ" mahnısını sosial şəbəkədə yayan erməni professor Qərib Babayanın həbsi ilə bağlı yazdığı məqalədə bildirib ki, bu gün məhkəmə binasının önünə xeyli vətəndaş toplaşaraq professorun savadlı, xeyirxah, siyasətlə heç bir əlaqəsi olmayan ziyalı kimi təqdim edərək sərbəst buraxılmasını tələb ediblər.
Professorun vəkili Vadim Hayrapetyan müxbirlərlə söhbətində onun qeyri-qanuni həbs edildiyini bildirərək məhkəmənin düzgün qərar vermədiyinindən appelyasiya şikayəti edəcəyini vurğulayıb. O, 70 yaşlı professoru dəstəkləyən vətəndaşları həqiqət naminə mübarizlər adlandırıb və professorun sərbəst buraxılacağına ümid etdiyini diqqətə çatdırıb.
Şəkildə: soldan ikinci Qərib Babayan
Nəsib