Ermənistandakı Qarabağ klanının özünün sosial bazasının gücləndirilməsi üçün şayiələr yayaraq Qarabağdakı ermənilərin kütləvi şəkildə Ermənistana köçməsinə nail olması erməni mətbuatında gündəmdə olan mövzulardandır. "Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, onların müxtəlif bölgələrdə məskunlaşdırılması üçün şənbə günü artıq istirahət deyil, iş günü sırasına daxil edilib. Hökumət tapşırıb ki, Qarabağdan köçən ermənilərin əksəriyyəti İrəvandan uzaq ərazilərdə, daha çox isə Azərbaycanla sərhəddə yerləşdirilsinlər. Agentlik əlavə edib ki, artıq Göyçənin kəndlərindəki boş azərbaycanlı evlərində beş minə yaxın köçkün yerləşdirilib və bu proses davam edir. Ümumiyyətlə isə statistika komitəsinin məlumatına görə, artıq 73 min 540 nəfər məskunlaşdırılıb.
Nəsib Qaramanlı