Bu sözləri “Sputnik Armeniya”ya müsahibəsində İrəvanın keçmiş prokuroru Raffi Aslanyan deyib.
Onun sözlərinə görə, bu gün polis də siyasi proseslərə cəlb edilib və bu, onlara əlavə yük yaradır. Ermənistanda qətllərin sayının artmasından danışan Aslanyan qeyd edib ki, polisin funksiyası təkcə törədilmiş cinayətləri araşdırmaq deyil, həm də onların qarşısını almaqdır.
“Təsadüfi deyil ki, peşəkarlığın azlığını qeyd etdim. Hazırda polisdə peşəkar yanaşma yoxdur. Yeni nəslin lazımi bacarıqları yoxdur”.
Oktyabrda Ermənistan parlamentində dinləmələr zamanı cinayətkarlıqla bağlı vəziyyət və polis islahatlarının nəticələri barədə danışan Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bildirib ki, son 5 ildə qətllərin sayı 12,1 faiz , qəsdən adam öldürməyə cəhdlərin sayı 18,4 faiz, silah və sursatın qanunsuz dövriyyəsi halların sayı 15,6 faiz artıb. (Report)