Bu barədə parlamentin sədri Alen Simonyan məlumat verib. O, Polşaya səfəri zamanı Prezident Andjey Duda ilə görüşdə Aİ-nin qərarından şikayət edib. Bildirib ki, Ermənistan hökuməti, inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib. Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır.
“Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib”, – deyə Simonyan vurğulayıb. O, Aİ-nin bu qərarının ölkəsində etirazlara səbəb olduğunu və birmənalı qarşılanmadığını bildirib. (AZƏRTAC)