03.02.2025, 23:54
AZ EN
17.01.2025, 11:14 223

İqtidar sevinc, əhali təlaş içindədir

XƏBƏRLƏR
  • Yanvarın 14-də səlahiyyət müddətinin başa çatmasına 6 gün qalmış ABŞ dövlət katibi Blinkenin və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iki ölkə arasında strateji tərəfdaşlıq sənədinin imzalamasından sonra Ermənistanda iqtidarın sevinci, sadə vətəndaşların isə həyacanı başlayıb.

Bu  qənaətdə olan "Hraparak"ın müxbiri Edik Andreasyan əlavə edib ki, əzəldən bəri siyasətdə dostumun dostu və düşmənimin düşməni mənim də dostumdur prinsipi pozulmaz olaraq qalır. Ermənistan ABŞ ilə strateji sənəd imzalamaqla özünün Rusiyanın deyil, ABŞ-nin dostu olduğunu isbatlamış oldu deyən müxbir həyacanla əlavə edib ki, 1939-cu ildə Almaniya SSRİ ilə hücum etməmək barədə sənəd imzalayarkən həm də ABŞ və Böyük Britaniyanın iştirakı ilə "Barbarossa" hərbi planını hazırlayırdı. Rusiya ilə ABŞ arasında "dünya ağalığı" uğrunda açıq və gizli savaş getdiyi indiki şəraitdə Ermənistanın ABŞ-a bel bağlamaq fikrinin kökündən yanlış olduğunu və bunun həm  aparıcı müxalifət, həm də sadə vətəndaşlar tərəfindən dəstəklənmədiyinin ölkə üçün yeni problemlər yaradacağını düşünən müəllif vurğulayıb ki, hazırda Kreml haylar üçün "sürpriz" üzərində düşünür.

Baş nazir Paşinyanın sözügedən strateji sənəd barədə reaksiyasının da bir zaman kədərli notlarla əvəzlənəcəyini iddia edən müəllif müxtəlif ekspertlərin də haylar üçün təhlükəli olayların sürətlə yaxınlaşdığını bildirdiklərinə vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər