20.10.2024, 01:43
AZ EN
25.04.2023, 14:57 342

Volkov da gedir

XƏBƏRLƏR
  • "Hraparak" bu günkü sayında yazır ki, Qarabağdakı separatçıları qoruyan Rusiya "sülhməramlıların" komandiri Aleksandr Volkov tezliklə vəzifəsini təhvil verib Moskvaya gedəcək. Agentlik bu xəbəri Xankəndidəki mənbəyə istinadən yayıb. Əlavə olunur ki, A.Volkov RF müdafiə naziri S.Şoyqunun yaxın adamıdır və bu vəzifəyə məhz aralarındakı dostluq münasibətlərinə görə təyin olunmuşdu.

Volkovu azərbaycanlılara yarınmaqda və yeni mövqelər tutmaqda kömək etmək kimi əsassız ifadələrlə günahlandıran ermənilər belə fikir də açıqlayıblar ki,Volkov birbaşa Ukrayna ilə müharibəyə göndəriləcək və bununla da Şoyqunun yanında günahlarının bağışlanması üçün şans əldə edəcək.

Nəsib

Oxşar xəbərlər