"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Türk Hava Yolları martın 11-dən etibarən Ermənistana müntəzəm uçuşlara başlayacaq. İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək. Mayın 14-dən etibarən uçuşların tezliyi həftədə 10, iyunun 15-dən isə həftədə 14 uçuşa çatacaq.
Xatırladaq ki, bundan əvvəl Türkiyə və Ermənistan arasında aparılan danışıqlar nəticəsində birbaşa hava yolu ilə yüklərinin daşınmasında maneələr aradan qaldırılıb. Belə ki, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava karqo daşımaları mümkün olub.
Elxan SALAHOV