Jurnalistlər təyin olunmuş vaxtda yığışaraq onun gəlişini gözləyirlər. Amma mətbuat konfransı keçirilməsi nəzərdə tutulan məkanda onlara bildiriblər ki, Annanın vacib işi olduğuna görə jurnalistlərlə görüş yanvarın birinci ongünlüyünə təyin edilib. Müxalif jurnalistlər hay-küy salaraq Annanın gəlməsini tələb edəndən sonra binadakı polislər işə qarışaraq onları binadan uzaqlaşdırıblar. Sonda vurğulanıb ki, Anna Hakopyan jurnalistləri aldatdığına görə gələcəkdə onun mətbuat konfranslarında iştirak etməyəcəklər.
N.Qaramanlı