Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Kayseri Universitetində “Erməni Məsələsi” adlı konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, qondarma soyqırımı təbliğatı Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına ən mühüm maneələrdən biridir.
"Azərbaycanlı qardaşlarımız da 30 illik işğaldan sonra "bəsdir" dedilər və torpaqlarını geri aldılar. Bundan sonra biz Ermənistana barış əlini uzatdıq. Bizim arzumuz odur ki, Ermənistan tezliklə sülhə razı olsun, öz xalqının gələcəyinin qarşısını belə cəfəngiyatlarla almasın", - deyə nazir vurğulayıb. (APA)