20.10.2024, 03:46
AZ EN
19.01.2024, 12:11 296

Ermənilər sülh istəmirlər?

XƏBƏRLƏR
  • Hazırda Ermənistanda ən çox müzakirə olununan siyasi məsələ Azərbaycanla sülh müqaviləsi barədədir. Az sayda adam dinc yanaşı yaşamın vacibliyini bildirsə də, sülh müqaviləsinin bağlanmasını istəməyənlər daha çoxdur.

"Hraparak"ın bu günkü yayımında "xaçlılar" könüllülər birliyinin təsisçisi kimi təqdim olunan Şahe Acemyan bildirib ki, belə müqavilə vasitəçilərsiz bağlana bilməz. Mütləq bir dövlət Ermənistanın qarantı olmalıdır. O, daha sonra əlavə edib ki, belə dövlət Fransa, İngiltərə və ABŞ ola bilər. Rusiyanın Ukraynada başının qarışdığını xatırladan bu erməni həm də deyib ki, Rusiyaya bel bağlamaq müsbət nəticə verməz. İngiltərə isə Ermənistandakı qızıl yataqlarında ən çox pay sahibidir. Fransanın anti-Azərbaycan mövqeyindən daim razı qaldığını vurğulayan Şahe məhz həmin dövlətin vasitəçi və zamin olmasını arzu etdiyini deyib.

Göründüyü kimi, Ermənistan “dayı”, ya “bacı”sız yaşamağa qadir deyil.

NƏSİB

Oxşar xəbərlər