22.12.2024, 15:35
AZ EN
31.07.2024, 10:23 274

Türkün daşı ağır olub

XƏBƏRLƏR
  • Qardaş Türkiyənin hər bir addımına xəbisliklə baxan və bunu el təbirincə desək, öz arşınları ilə ölçən hay mətbuatı İranda yeni seçilmiş prezidentin andiçmə mərasimində hansı ölkədən hansı dövlət rəsmisinin iştirak etməsinə də məhz öz xislətləri ilə münasibət sərgiləyib.

"Hraparak" yazıb ki, Türkiyəni həmin tədbirdə xarici işlər naziri Fidan Hakanın, Ermənistanla isə baş nazir Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib və bu, doğrudan da, belədir. Amma hayların içindəki xəbislik özünü göstərir. Həyasızlıqla əlavə olunub ki, İran kimi böyük qonşu dövlətin başçısının andiçmə tədbirində Türkiyə xarici işlər naziri səviyyəsində deyil, baş nazir səviyyəsində təmsil olunmalı idi. El təbirincə desək, özünə umac ova bilməyən, amma başqasına əriştəni necə kəsməyi öyrədən haylar, görünür, siyasi diplomatiyadan baş çıxarmadıqları kimi adi insani əxlaqdan da uzaqdırlar. Belə olmasaydı türk adı gələndə sərsəmləməzlər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər