20.09.2024, 12:40
AZ EN
19.09.2024, 07:34 214

Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir

XƏBƏRLƏR
  • Ermənistan hərbi-texniki tələbatının 30 faizini yerli istehsal hesabına təmin etməyi qarşısına məqsəd qoyub.

Ermənistan mətbuatı xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan II Ümumdünya Erməni Sammitində deyib.

O bildirib ki, 2020-ci illə müqayisədə Ermənistanın hərbi-sənaye kompleksi məhsullarının sifariş həcmi 100 dəfə artıb.

“Əgər əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığımız 96 faizdən çox idisə, indi bu rəqəm 10 faizdən də azdır. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var, Hindistan və Fransa da onların arasında yer alır”, - A.Qriqoryan qeyd edib. (Report)

Oxşar xəbərlər